Qan qrupunun insanların həyatına 7 MÜHÜM TƏSİRİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Şərq mədəniyyətində insanın hansı qan qrupuna aid olması
onun həyatında mühüm yer tutur.

Publika.az xəbər verir ki, Yaponiyadakı geniş
yayılmış inanca görə, qan qrupu 2 olanlar həssas, mükəmməliyyətçi
və işgüzar insanlar olsalar da, ancaq daxilən çox
narahatdırlar.

Qan qrupu 1 olanlar isə səxavətli və inadkar xarakterləri ilə
seçilir.

4-cü qan qruplarının özəlliyi odur ki, onlar çox əsrarəngizdir,
həm də ağıllarına gələn hər işi yerinə yetirirlər.

3-cü qan qrupları şən olsa da, eksentrik və olduqca
eqoistdir.

Sevgi həyatı

Yaponiyada cütlüklər qan qruplarının uyğunlaşmasına xüsusi
diqqət yetirir. İddia olunur ki, iki insan arasında harmoniya
olub-olmadığını qan qruplarına görə müəyyənləşdirmək mümkündür.
İnsanların çoxu ən çox + 2 qan qrupu ilə sevgili olmağa çalışdığı
halda, + 3 qan qrupundan uzaq durmağa üstünlük verirlər.

İş həyatı

Qan qrupu haqqında kitab yazanlardan biri də Tokiodakı Asiya
Universitetində dinşünas və professor Terumitsu Maekava
xəbərdarlıqlara baxmayaraq iş görüşlərində yeni kadrlardan hansı
qan qrupuna aid olduğu soruşur. Qısası, qan qrupu Yaponiyada iş
həyatına dərindən təsir edir.

Məsələn: 1990-cı ildə “Asahi” qəzeti “Mitsibushi Electronics”
şirkəti əmək məhsuldarlığını artırmaq üçün 4-cü qan qrupundan
ibarət bir komanda yaratdığını iddia etmişdi.

Qidalanma

Dietoloqlar sırf qan qruplarına uyğun olaraq qidalanma
proqramları hazırlayır. Yaponlar bu məsələdə bir neçə addım daha da
irəli gedərək içki, çərəz kimi məhsulları da qan qruplarına görə
istehsal edir. Fərdi baxım məhsullarında da bu meyarı tətbiq edən
firmalar da mövcuddur.

Təhsil

Bəzi uşaq bağçalarında qan qruplarına görə təhsil üsulları
tətbiq olunur. Bəli səhv eşitmədiniz!

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp