Putinə cavab gecikmədi: ABŞ 2019-cu ildə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə
tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon)
perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker
bildirib.

“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”-
Stiven Uoker deyib.

O qeyd edib ki, onun idarəsi artıq bir neçə ildir Hərbi Hava
Qüvvələri, NASA, Quru Qüvvələri və Hərbi Dəniz Qüvvələri birlikdə
hipersəsli silahın hazırlanması ilə məşğul olur. Onun sözlərinə
görə, bu məsələ Pentaqon qarşısında dayanan prioritet
məsələdir.

Uoker əlavə edib ki, idarə hələ 2017-ci ilin payızında bu sahədə
tədqiqatlar üçün büdcənin artırılmasını xahiş edib.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Federasiya
Şurasına illik müraciəti zamanı dünyada analoqu olmadığı deyilən
silahların yeni görüntülərini təqdim edib. Söhbət “Sarmat” raket
kompleksi, sualtı pilotsuz aparatlar, nüvə enerjisi ilə işləyən
qanadlı raket, lazer silahı və “Kinjal” aviasiya raket
kompleksindən gedir.

Putinin çıxışını Amerika hərbçilərinin təcili reaksiyası izlədi.
ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı general
Con Hayten bildirib ki, ölkə orbital əsaslı radar sistemini inkişaf
etdirməlidir. Onun sözlərinə görə, Pentaqon yerüstü sistemləri
aşkar edilməsi üçün orbital radarın yaradılmasına bir neçə milyard
dolların ayrılmalı olduğunu etiraf edir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp