Ölümcül zərbə üçün ƏMR GÖZLƏYİRLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya
Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin
budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr
Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa
çatdı.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat
çərçivəsində bu günə qədər bölgənin 25 faizi terrorçulardan
təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən
mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr
uzaqlıqda olduğu bildirilir. Raco və Cinderesin mühasirəyə
alınmasından sonra əməliyyatın ikinci mərhələsi – şəhər
döyüşlərinin başladılması planlaşdırılır. Əməliyyatın gedişatında
dinc sakinlərin zərər görməməsi üçün birliklər addım-addım
irəliləyəcəklər.

Şəhər döyüşlərində peşəkar olan Jandarma Xüsusi Hərəkat və Polis
Xüsusi Hərəkat birlikləri Afrinə göndərilib. Türkiyə Silahlı
Qüvvələri Afrin sərhədləri daxilində 4 hərbi baza qurub.
Əməliyyatda Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat
birlikləri ilə yanaşı, xüsusi təyinatlılar – “bordo berelilər” də
iştirak edirlər.

Əməliyyatda sərhədin Türkiyə tərəfində yerləşdirilən top və
raket batareyalarının bir hissəsi Afrinin içərilərinə yeridilib.
Şəhər döyüşləri üçün bölgəyə 7 min nəfərlik Türkiyə Silahlı
Qüvvələri və ASO birliklərindən təşkil edilən yeni qüvvə
göndərilib. Döyüş təyyarələri fevralın 25-dən bu yana əməliyyatın
ikinci mərhələsi çərçivəsində terrorçuların silah anbarları,
təchizat xətləri və mərkəzi qərargahlarına aviazərbələr
endirir.

Birliklər Afrində terror təşkilatına son zərbəni vurmaq üçün
hücum əmrini gözləyirlər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp