Nazarbayev İlham Əliyevə başsağlığı verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qazaxıstan Respublikasının Prezidenti Nursultan
Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
başsağlığı məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda
deyuilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması
barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir,
həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan
xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp