Narkoloji Mərkəzdə yanğın zamanı zəhərlənmiş şəxslərin adları açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın
zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48
radələrində bizim şöbəyə təcili yardım maşınlarında
gətirilib”.

Bunu “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinin həkim-toksikoliqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov , 35 yaşlı
Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olub: “Hər 3 xəstənin
vəziyyəti kafi olub. Onların hər 3-də yüngül dərəcəli tüstüdən
zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə
buraxılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp