Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji
Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının
yaradılması haqqında sərəncam imzalayıb.

Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar
aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi
naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin
rəisi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və
şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün
təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək,
hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə
üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək,
yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək,
Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi
ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni
binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət
ərzində təmin etmək, habelə görülmüş işlər haqqında mütəmadi
məlumat vermək tapşırılıb.

Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri
ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin
araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə
cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata
keçirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp