Millət vəkili: “Günahkarlar layiqli cəzalarını alacaqlar”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Millət vəkili Narkoloji Mərkəzdə baş vermiş yanğında
həyatını itirənlərin doğmalarına başsağlığı verib.

Publika.az xəbər verir ki, Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
günahkarların layiqli cəza alacağına inandığını ifadə edib:

“Baş vermiş faciənin çoxsaylı insan ölümünə səbəb olması məni
dərindən kədərləndirdi. Yanğın zamanı həyatını itirənlərin
dogmalarinin kədərinə şərik olur, dərin hüznlə başsağlığı verirəm.
Yaralılara və xəsarət alanlara Allahdan şəfa diləyirəm. Umud edirəm
yanğının səbəbləri ciddi şəkildə araşdırılacaq, günahkarlar layiqli
cəzalarını alacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp