Messi daha bir rekorda imza atdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La
Liqasının 26-cı turunda “Las Palmas”a qarşı keçirən matçda
əlamətdar gün yaşayıb.
Publika.az “Sportboks”a istinadən xəbər verir
ki, argentinalı oyunçu matçda komandasının yeganə, karyerasının isə
599 qoluna imza atıb. Bununla Messi qol sevinci yaşadığı
stadionların sayını 36-ya çatdırıb.
Maraqlısı odur ki, bu rekord elə Messinin özünə aid idi. Rekord
siyahısında Messidən sonra “Real”ın sabiq hücumçusu Raul Qonzales
(33 stadion) qərarlaşıb. Bu da o deməkdir ki, Messi bu göstəricidə
karyerasını davam etdirən yeganə oyunçudur.
Zümrüd