Məşhur aktrisa küçəyə çəhrayı corabda çıxdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sara Cessika Parker bu dəfə çəhrayı qolfiləri ilə diqqət
çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, aktrisa çəhrayı qolfidə və tuflidə gəzintiyə çıxıb. 52
yaşlı aktrisa baharın gəlişini dünən geyimi ilə bildirib. O,
Nyu-York küçəsində parlaq obrazı ilə diqqət mərkəzində olub. Güllü
don geyinən kino ulduzu obrazını çəhrayı qolfi, atlas tufli və
qəhvəyi rükzakla tamamlayıb. Akssesuar kimi böyük qızıl bilərzik
taxıb. O, həmçinin velvetdən tikilmiş göy pencək geyinib.

Aktrisa bu dəstdə teleaparıcı Set Mayersin “Ötən gecə” şousuna
qonaq olub. Pencəyi çıxartdığı üçün ulduzun geyimini daha detallı
nəzərdən keçirmək mümkün olub. Kifayət qədər cəlbedici olan
dekoltesi aktrisanın seksuallığını daha da artırıb. Deyəsən, dünən
aktrisa növbəti dəfə sübut etdi ki, Hollivudun ən yaxşı geyinən və
dəbli məşhurlarının biri sayılır.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp