Mərdəkanda zəncirvari yol qəzası
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Axşam saatlarında Bakının Xəzər rayonu ərazisində 3
avtomobilin iştirakı ilə zəncirvari yol qəzası olub.
“Report” xəbər verir ki, Mərdəkan qəsəbəsidə baş vermiş qəza
nəticəsində xəsarət alan olmayıb.
Avtomobillərə ciddi ziyan dəyib. Hazırda hadisə yerinə DYP
əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.