İlham Əliyevdən bitkiçiliyin inkişafı ilə bağlı sərəncam



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Bitkiçilikdə intensiv inkişafın
təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
edilir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və
fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının
istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu
ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya
olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər
hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı
həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən
güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin
etsin; bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci
ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının
1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə
tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə
tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq
qaydada nəzərə alınmasını təmin etsin; Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp