İbrahimoviç geri qayıdır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Mançester Yunayted”də ulduzu parlayan Zlatan
İbrahimoviç 2016-cı ildə son qoyduğu milli komandadakı karyerasına
geri qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, bu mövsüm aldığı
zədələr səbəbilə yaşıl meydanlardan uzaq qalan təcrübəli oyunçu
Dünya Çempionatında milli formanı yenidən geyinmək istədiyini
etiraf edib:

“Milli komanda üçün darıxmışam. Nəticədə 20 ilimi verdiyim
komandadır. Kənardan izləmək elə də asan deyil. Qapımı heç nəyin
üzünə bağlamadım. Ancaq zədələr səbəbilə futboldan uzaq qalmışam.
Formamı yenidən qazanana qədər milli komanda haqqında fikirləşmək
doğru deyil”.

İsveç Milli Komandasının baş məşqçisi Ceyn Anderson isə
İbrahimoviçin milliyə geri qayıtmasının mümükün olmadığını
bildirib.

Qeyd edək ki, isveçli ulduz bu mövsüm “Mançester Yunayted”
forması ilə 7 matça çıxıb, 193 dəqiqə meydanda qalıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp