Güc qurumlarının rəsmiləri yanğın baş verən Nakoloji Mərkəzə gedib
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda
Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı hadisə
yerinə gəlib.
Hadisə yerinə həmçinin Baş prokurorun müavini Rüstəm Usubov və
Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da gəlib.
Hazırda hadisə yerinə baxış keçirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji
Mərkəzdə güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin yanğınsöndürmə briqadası cəlbedilib və yanğın
söndürülüb.
Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi
Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib. (trend)