Gömrük Komitəsindən karqo şirkətlərinə MÜRACİƏT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat
xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya
vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin
nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni
sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının
artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla
əsaslandırmağa çalışıb.

Bu barədə Publika.az-a Dövlət Gömrük
Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, idxal edilən mal və nəqliyyat
vasitələrinin gömrük vergi və rüsumları mövcud qanunvericiliyə
uyğun olaraq hesablanır və son zamanlar bu sahədə dəyişikliklərin
aparılması, eyni zamanda gömrük vergi və rüsumlarının artırılmasına
dair məlumatlar həqiqətə uyğun deyil. Lakin ölkənin iqtisadi
təhlükəsizliyinə birbaşa cavabdeh olan qurumlardan biri olaraq
gömrük orqanlarına bəzi karqo şirkətləri tərəfindən təqdim olunan
invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin
uyğunsuzluqlar aşkar edilib: “Belə ki, aparılan araşdırma zamanı
məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər
tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia
edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür,
gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini
dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim
edir ki, bu da vergidən yayınmaq deməkdir.

Dövlət Gömrük Komitəsi bir daha xarici iqtisadi fəaliyyətlə
məşğul olan bütün hüquqi və fiziki şəxslərə müraciət edərək hər
kəsi dürüst və şəffaf şəkildə faliyyət göstərməyə, dövlət büdcəsinə
çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə
çağırır. Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə
uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp