“Femida”-nın baş redaktoru dəm qazından boğuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda baş redaktor dəm qazından boğulub
ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman
Nərimanov rayonunda baş verib. Jurnalist, “Femida.az” saytının baş
redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən
tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi
bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə
Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil
verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp