Ermənistan parlamenti prezidenti seçir -Səsvermə BAŞA ÇATDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan parlamentində prezidentin seçilməsi ilə bağlı
səsvermə başa çatıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki,
səsvermədə parlamentin 100-dən çox deputatı iştirak edib.

Tək namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen
Sarkisyandır. Onun namizədliyi hakim Respublikaçılar Partiyasının
adından indiki dövlət başçısı Serj Sarkisyan tərəfindən təklif
edilmişdi. Rəsmi olaraq isə Armen Sarkiyanın namizədliyi Respublika
Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının
65 deputatı tərəfindən irəli sürülüb.

Prezidentin seçilməsi üçün səslərin dörddə üçün və deputatların
79 səsi lazımdır. Lakin hakim fraksiya onu dəstəkləyən
“Daşnaksütyun” ilə birlikdə 65 səs malikdir. Armen Sarkisyanın
qələbəsi üçün daha 14 səs lazımdır. Bu dəstəyi parlamentdə sayca
ikinci “Tsarukyan” fraksiyası təmin edə bilər. Parlamentdə 31
deputatla təmsil olunan “Tsarukyan” Armen Sarkisyanın namizədliyini
dəstəkləyəcəyinə söz vermişdi.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp