Çudo Peçka işində MƏHKƏMƏDƏN QƏRAR: məcburi şakildə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov
və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun
cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş
tutan prosesdə şahid qismində Çingiz Cəlilovun qohumu Vüqar Aslanov
ifadə verib.

O bildirib ki, bankdan şirkətin inkişafı üçün ayrı-ayrı
dövrlərdə kreditlər götürülüb və sonradan götürülən kreditlər
ödənilib.

Hakim deyib ki, cinayət işində adı keçən digər şahidlər
məhkəməyə dəvət edilsələr də, onlar prosesə gəlməyiblər. Bu
səbəbdən məhkəmə həmin şahidlər barəsində məcburi gətirilmə
haqqında qərarı çıxarıb. Qərar icra olunması üçün müvafiq polis
idarələrinə göndəriləcək.

Növbəti proses martın 15-də davam edəcək.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan
kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə
birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən
şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi
Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə
Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan
razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində
krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları
və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi
cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin
alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər
təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya
külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə
dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin
dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul
vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli
şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr
üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli
miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş
özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham
elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra “Bank
Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp