Cəlilabadda 25 yaşlı gənci tanışları xəstəxanalıq etdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb.
Publika.az xəbər verir ki, hadisə rayonun
Sərhədabad kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon
Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.