Bir evdə iki yad insan kimi yaşayan MƏŞHURLAR haqqında şok iddia



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fahriye Evcen ilə Burak Özçivitin bir müddətdir küsülü
olduğu iddia olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, məşhur cütlüyə nəzər dəyib. Cütlüyə yaxın mənbələrin
sözlərinə görə, heç bir il evli olmayan aktyorlar dava ediblər, bir
neçə həftədir danışmırlar. Onlar bir evdə iki yad insan kimi
yaşayır. Cütlüyün mübahisə etməsi keçən həftə “GQ” jurnalının
mükafatlandırma mərasimində üzə çıxıb.

Burak Fahriye ilə küsülü olduğundan gecəyə tək qatılmalı olub.
O, jurnalistlərin “Mərasimə niyə tək gəlmisiniz?” sualına
“Fahriyenin işləri var. Odur ki, yalnız iştirak etməli oldum”
demişdi.

Lakin məlum olub ki, Fahriye Evcen mərasimin baş tutduğu vaxt
evdə olub. O. İnstaqramda evindən kadrlar paylaşıb. Yalanı ortaya
çıxan Burak Özçivit əsəbiləşərək isə Fahriye Evcenə zəng edib və
paylaşdığını silməyi tələb edib. Fahriye Evcen instaqramın hekayə
hissəsindən paylaşımını silsə də, bu hadisədən sonra cütlüyün
arasında ikinci böyük mübahisə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp