Bill Qeyts: “Kriptovalyutalar təhlükəlidir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Microsoft” korporasiyasının təsisçisi və milyarder Bill
Qeyts ötən gün çıxışında kriptovalyutaların nə dərəcədə təhlükəli
olduğunu diqqətə çatdıraraq, insanlara onlardan uzaq durmağı
tövsiyə edib.

Publika.az xəbər verir ki, milyarder bu
fikirləri “Reddit” xəbərlər saytında keçirilən “AMA” (Ask Me
Anything – “Mənə istədiyin sualı ver”) sessiyasında istifadəçilərin
suallarını cavablandırkən deyib. O həm də yeni texnologiyalar,
blokçeyn və şəxsi həyatı barədə də sualları cavablandırıb.

Layihə çərçivəsində Bill Qeytsə verilən ən aktual suallardan
biri kriptovalyutalarla bağlı olub.

B.Qeyts bildirib ki, rəqəmli pullar insanları cəlb edən
gizlilikdir: “Bilirsiz virtual valyutada əksər insanları cəlb edən
bu pulların anonimliyidir. Lakin dərindən fikirləşsək, bu, heç də
ürəkaçan deyil. Hazırda kriptovalyutadan internetdə tez-tez
narkotiklərin alışı üçün istifadə olunur, bu isə ölümün kütləvi
şəkildə yayılmasıdır”.

Bill Qeyts “SpaceX” şirkətinin təsisçisi, amerikalı iş adamı
İlon Maskın vakuum qatar layihəsinə də toxunub və kəskin şəkildə
tənqid edib. O bildirib ki, elektromobillər və avtonom
avtomobillərdən fərqli olaraq “Hyperloop” layihəsi çox
mənasızdır.

Şəxsi həyatına yönələn sualları cavablayan B.Qeyts etiraf edib ki,
alkoqol qəbul etmir: “Mən beysbol oynamağı sevirəm. Bu zaman isə az
miqdarda pivə istisnadır. Biznes sahəsində qazandığım uğurlarımı bu
cəhətlərimə borcluyam və hazırda yaxşı ata olmaq üçün
çalışıram”.

Qeyd edək ki, “AMA” sessiyası “Reddit” saytının ən məşhur
formatıdır. Sessiya çərçivəsində dəvət edilən məşhur şəxslər sayt
istifadəçilərinin suallarına cavab verirlər.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp