Bayıl yamacında araşdırmaların istiqaməti dəyişir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 5-dən Bayıl yamacında topoqrafik reperlər
quraşdırılacaq.

Bu barədə Publika.az-a Milli Geoloji Kəşfiyyat
Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov
məlumat verib.

Onun sözlərinə görə, artıq yeni geoloji tədqiqat işləri ilə
bağlı texniki məsələlər həll olunub:

“Ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində
bir necə yerdə quraşdırılacaq reperlər vasitəsilə ərazidəki kiçik
tərpənişləri belə qeydə almaq mümkün olacaq. Həmçinin evlərdə də
mayaklar quraşdırılacaq. Geoloji araşdırmalar aparılacaq”.

Ə.Qaralov hazırda Bayıl yamacındakı sürüşmə sahəsində vəziyyət
stabildir, ciddi aktivləşmə qeydə alınmadığını deyib.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp