Bakıda jurnalistin çantası oğurlandı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda jurnalist Ülkər Qasımqızının çantası
oğurlanıb.

Zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın
28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel
salonunun qarşısında qeydə alınıb.

Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq
üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar
ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən
naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı
götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2
açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus
ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar
var idi”.

Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat
verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini
deyib.

Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir
vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp