Ani cavab və ABŞ-a METEORİT YAĞIŞI – Dünən bir ERA BİTDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına
illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş
etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara
malik deyil və “istənilən təcavüzkarı ayıltmağa”
hazırdır.

“Rusiya müdafiə sistemi elə sistemlər alır ki, uzunmüddətli
perspektivə onun təhlükəsizliyini təmin edəcək”, – Putin
bildirdi.

Publika.az xəbər verir ki, prezident çıxışında prezident müdafiə
sənayesi sahəsində müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb
partnyorları 1990-cı illərin sonlarında Rusiyanın hərbi
potensialının bərpasını qeyri-mümkün hesab edirdilər.

Ancaq, Putinin sözlərinə görə, Suriyada hərbi əməliyyat bunun
əksini göstərdi. Bundan başqa, Rusiya ABŞ-ın raket hücumundan
müdafiə sistemləri üzrə müqavilədən çıxışına cavab olaraq özünün
strateji nüvə güclərini müasirləşdirməyə başladı. Çıxışın
gedişatında dövlət başçısı nümayiş etdirdi ki, ölkə bu sahədə
təsirli nəticələrə nail ola bilib.

Prezidentin sözlərinə görə, Rusiyada 2017-ci ildə nüvə başlıqlı
unikal raket sistemi yaradılıb.

“Bu tamamilə raket deyil. Bu, “Sarmat” tipli strateji raket üçün
nüvə döyüş başlığı üçün kiçik qabaritli mühərrikdir”, – hərbi
ekspert, istefada olan polkovnik Viktor Litovkin “Russia Today”
(RT) telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, belə raket gözlənilməz trayektoriya
üzrə uça bilər:

“Bu mühərrik sayəsində raket qeyri-məhdud məsafədə uça biləcək.
Putin göstərdi ki, belə raketlərlə Yer kürəsinin istənilən
nöqtəsinə zərbə vura bilərik”.

Başqa bir yenilik (bu haqda şayiələr çoxdan var idi) rəqibin
hərbi dəniz bazaları və sahil məntəqələrinə zərbə vurmağa imkan
verən sualtı pilotsuz aparatdır. Viktor Litovkin qeyd edir ki,
Rusiyada böyük dərinlikdə hərəkət edə bilən pilotsuz sualtı
aparatları hazırlanıb. Onlar qitələrarası məsafəni sürətlə qət
etməyə qadirdir. Bu cür aparatlar ən müasir torpedalar, sualtı
gəmilərin bütün növləri və hətta ən sürətli yerüstü gəmilərin
sürətini üstələyə bilər.

Putinin sözlərinə görə, belə pilotsuz aparatlar rəqib üçün
praktik olaraq əlçatmazdır.

Hərbi ekspert İvan Konovalov “RT” kanalı ilə söhbətində bildirib
ki, daha əvvəllər “Status-6” kimi məşhur olan nüvə pilotsuz aparatı
amerikalılarda böyük qorxulara səbəb olur. Ekspertin fikrincə, bu
qorxular onunla bağlıdır ki, aparat hər şeydən əvvəl çox böyük
dərinlikdə hərəkət edir və gözə çarpmır.

“Nüvə sualtı pilotsuz aparatlar strateji silahlar üzərində
nəzarət haqqında bütün razılaşmalardan kənardır. Belə sistemlər
razılaşmaların imzalanması zamanı nə SSRİ, nə də ABŞ-da var idi.
Bundan başqa, belə silah Birləşmiş Ştatlar üçün xüsusi təhdid
təşkil edir. ABŞ əhalisinin əksəriyyəti Atlantik və Sakit
okeanlarının sahillərində yaşayır. Bu ərazilərdə ən böyük sənaye
mərkəzləri yerləşir. Rusiyada isə böyük şəhərlərin əksəriyyəti
okeandan əhəmiyyətli dərəcədə uzaqda yerləşir”, – Konovalov
bildirib.

Putin tərəfindən elan edilmiş daha bir yenilik “Kinjal” aviasiya
hipersəsli raket kompleksidir. Prezident qedy edib ki, onun
sınaqları müvəffəqiyyətlə başa çatdırılıb. Rusiya liderinin
sözlərinə görə, bu silah rəqibin istənilən müdafiə sistemləri üçün
praktik olaraq qarşısıalınmazdır.

“Bu, ehtimal ki, “Tu-22M3” səsdən surətli bombardmançısı, yaxud
da “Su-35” və ya “Su-34” üçün nəzərdə tutulub”, – Litovkin güman
edir.

Putin çıxışında həmçinin bildirib ki, 2017-ci ildə qoşunlara
döyüş lazer sistemlərinin verilməsinə başlanılıb. “Military Russia”
portalının banisi Dmitri Kornev qeyd edib ki, rəqibin optik
sistemini sıradan çıxara bilən lazer sistemləri artıq var. Onun
sözlərinə görə, belə sistemlərə “Sokol-Eşolon” kimi kompleks
aiddir.

Rusiya lideri ənənəvi, lakin ən yeni silahlardan heç də az
effektiv olmayan silahlardan danışıb. Xüsusi halda, prezident 200
tona qədər çəkisi olan “Sarmat” ağır raketin sınaqlarından danışıb.
Raket hipersəsli döyüş başlıqları da daşıya bilir. Prezidentin
sözlərinə görə, bu raket kompleksi SSRİ-nin hazırladığı “Voyevoda”
qitələrarası ballistik raketi əvəzləyəcək. Həmçinin, ölkənin
müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə “Avanqard” hipersəsli
kompleksi töhfə verməlidir. Putin bildirib ki, bu silah da raket
hücumundan müdafiə sistemləri üçün qarşıalınmazdır.

“O meteorit və alovlu kürə kimi hədəfə doğru uçur. Məmulatın
səthində temperatur 1600-2000 dərəcəyə çatır”, – Putin
vurğulayıb.

“Bu, kiçik qabaritli qatı yanacaq raketidir. Onun maksimal uçuş
məsafəsi 7-8 min kilometrdir”, – Litovkin “Avanqard”ı xarakterizə
edib.

Həmçinin, Rusiya lideri vurğulayıb ki, ölkə sərhədlərinin
perimetri üzrə raket hücumundan xəbərdarlıq sisteminin bütöv
radiolokasiya sahəsi yaradılıb:

“SSRİ-in dağılmasından sonra raket hücumundan xəbərdarlıq
sistemində böyük deşiklər çıxdı, indi hamı bərpa edilib”.

Konovalov vurğulayıb ki, Rusiya öz sərhədlərində Hava Hücumundan
Müdafiənin dərin eşelonlaşdırılmış sistemini yaradır:

“Bura “Pantsir”, “Buk”, “Vityaz”, S-400 və S-500 daxildir. Bizim
ölkəmiz qlobal sistemin yaradılmasına çalışan ABŞ-ın nümunəsi üzrə
getmək niyyətində deyil. Hərtərəfli və qlobal raket əleyhinə
müdafiə çox bahalıdır, amma onun effektivliyi şübhəlidir. Biz
amerikalıların arxasınca düşmürük. ABŞ-da qlobal raket hücumundan
müdafiə sistemi yaratmaq ideyası var, biz yalnız öz sərhədlərimizi
müdafiə edirik”.

Vladimir Putinin sözlərinə görə, nüvə hücumu halında Rusiya
istənilən rəqibə bütün gücü ilə cavab verəcək.

“Nüvə silahının hər hansı tətbiqi ölkəmizə hücum kimi baxılacaq.
Cavab isə ani olacaq. Bu gün deyilən hər şey istənilən təcavüzü
ayıldacaq”, – Rusiya lideri bildirib.

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi Sergey Sydakov
qeyd edir ki, silahın ən yeni nümunələri haqqında Putinin söylədiyi
fikirlər texniki sıçrayışı göstərir:

“Bu gün hər hansı qızğın silahlanmanın erası bitdi. Hər halda
bizim boynumuza qızğın silahlanmanı qoymağa çalışırdılar. O sadəcə
mənasız oldu”.

Onun sözlərinə görə, Rusiyanın silahların yeni görüntülərini
təqdim etməsindən bonra ABŞ-ın təyyarədaşıyan gəmiləri sadəcə üzən
banklara çevrildilər.

“Amerikanın təyyarədaşıyanları o qədər zəif oldular ki, onları
sadəcə dünyanın hər hansı nöqtəsində güllələmək olar”, – ekspert
vurğulayıb.

Konovalov vurğulayıb ki, ABŞ-ın özü də Rusiyanın nüvə silahları
sahəsində daha öndə olduğunu etiraf edir:

“Əbəs deyil ki, Tramp ötən ilin əvvəlində ABŞ-ın strateji nüvə
güclərini yoxlamağa çağırdı. Çünki amerikalılar anladılar ki, onlar
geri qalırlar. Amerikalılarda nüvə mühərrikli nüvə sualtı pilotsuz
aparatlar və ya raketlərə yoxdur. Hipersəslilər raket sistemləri
isə hazırlanma mərhələsindədir. Amerikalılarda səsdən surətli raket
yoxdur. Məşhur “Tomaqavk” raketi parovoz kimi çox yavaş uçur, onu
hətta bizim “Pantsir”in köməyi ilə vurmaq olar”, – ekspert iddia
edib.

Konovalovun fikrincə, yaxın vaxtlarda Qərbdən dəhşətli
reaksiyanı gözləmək olar. Onun sözlərinə görə, Rusiyanı
təcavüzkarlıqda ittiham edən növbəti bəyanatlar
səsləndiriləcək.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp