ana və qızı ağır yaralandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış
evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın
olub.

Hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə
alınıb.

Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala
qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı
Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə
girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər
yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə
xəstəxanaya çatdırılıblar.

Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin
ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp