42 milyon avroya alınan futbolçu QOVULDU



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çinin “Quançjou Everqrand” klubu kolimbiyalı futbolçusu
Cekson Martinezlə müqaviləni ləğv edib.

Publika.az “Goal.com”a istinadən xəbər verir
ki, komanda yeni mövsüm üçün tərtib etdiyi siyahıya Martinezi daxil
etməyib. 31 yaşlı futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, “Quançjou Everqrand” Cekson Martinezi 2016-cı ildə
“Atletiko Madrid”dən 42 milyon avroya transfer edib. Kolumbiyalı
forvard zədə səbəbindən Çin təmsilçisində iki il ərzində 15 rəsmi
matçda iştirak edib və 4 qol 2 məhsuldar ötürmə ilə yadda
qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp