“Zirə”nin prezidentinə yeni vəzifə verildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədova vəzifə
verilib.

Publika.az xəbər verir ki, o, “Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi”nə icraçı direktor təyin
olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi” Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 28 dekabr tarixli fərmanı ilə
yaradılıb.

Qeyd edəlk ki, Orxan Məmmədov əmək fəaliyyətinə 2006-ci ildən
Sənaye və Energetika nazirliyində başlayıb, 2007-ci ildən
İqtisadiyyat nazirliyin Sahibkarlığın inkişafı siyasəti və
Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi,
müdir müavini və müdir vəzifələrində çalışıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp