Uşaqlar üçün yemək hazırlayanda nələrə diqqət edilməli?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gündən Qida Təhlükəsizliyi Agentliyi əhali arasında
genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start
verib.

QTA-dən Publika.az-a verilən məlumata görə,
qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata
keçirilməsi Agentliyin prioritet fəaliyyət istiqamətlərindən hesab
olunur.

“Bu sahədə maarifləndirmə aksiyalarına başlayan Agentlik “5
addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar
üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial
məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş
qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi
anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən
azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan
ibarətdir.

Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə”
prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək
çantası hazırlayan zaman diqqət edilməlisi vacib olan məqamlar,
məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməl etmə
qaydaları öz əksini tapıb. Qida təhlükəsizliyi terminlərini sadə və
anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən
Agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları
təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai
iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp