Torağay vulkanı püskürdü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu
ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş
verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az–a verilən məlumata görə, palçıq
vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri
tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq
monitorinqlər həyata keçirilib.
Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının
palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.
Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın
püskürməsi 1988-ci ildə qeydə alınıb.