Rusiya ABŞ-la bağlı DƏHŞƏTLİ FAKTI AÇDI
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzya
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Rakka şəhərini yer
üzündən sildiyini bəyan edib.
Publika.az xəbər verir ki, təmsilçi bu barədə
BMT-nin Təhlükəsizlik Şurasının toplantısında danışıb. O,
xeyirsevərlik sahəsində özünü liderlik kürsüsünə layiq bilən və
Şərqi Qutadakı durumla bağlı Rusiyaya insanlıq dərsi verməyə
çalışan Qərb ölkələrini qınayıb.
Təmsilçi toplantı iştirakçılarına “ABŞ təyyarələri Rakkanı yer
üzündən silərkən harada idiniz? Niyə o zaman fəryad edib əllərinizi
qaldırmadınız?” şəklində müraciət edib:
“BMT-nin təcili Rakkaya bir komissiya göndərməsini və bölgəyə
de-fakto nəzarət edən koalisiyanın buna icazə verməsini tələb
edirik. Koalisiya komandirliyi bölgələrdə yarı-idarələr qurmaq
yerinə Suriyanın suverenliyini və ərazi bütövlüyünü hökumətin
səlahiyyətlərinə buraxması lazımdır”.
Zümrüd