“Real”a ŞAD XƏBƏR – Oynayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Real”ın müdafiəçisi Marselo PSJ ilə Çempionlar
Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında oynaya
biləcək. O, zədəsini sağaldaraq ümumi məşqlərə
başlayıb.

Publika.az xəbər verir ki, 29 yaşlı braziliyalı
futbolçu hətta İspaniya çempionatının 27-ci turunda “Xetafe” ilə
matçda meydana çıxaraq oyun praktikasını da bərpa edə bilər.

Madrid klubunun rəhbərliyi komandanın digər aparıcı futbolçuları
– Toni Kroosla Luka Modriçin də PSJ ilə oyuna hazır olacağına ümid
edir.

PSJ – “Real” oyunu martın 6-da Parisdə olacaq. Madriddə
keçirilən ilk qarşılaşmada ispanlar 3:1 hesablı qələbə
qazanmışdı.

Pərviz Hikmət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp