Polis Şirvanda xuliqanlıq edən dəstəni tutudu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünü
açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları
tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Publika.az-a verilən məlumata görə,
fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan
atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri
ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə
məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə
əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti
törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov,
Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev
saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin
üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd
patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın
dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı
zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış
tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o
ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul
Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə
zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər
iki ayağından yaraladığını bildirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq
tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp