PKK-dan yüzlərlə dinc sakinə qarşı VƏHŞƏT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Zeytun budağı” hərəkatının başlaması ilə ardıcıl
məğlubiyyətlər və itkilərə məruz qalan PKK/YPG terror təşkilatı
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) qarşı dinc sakinləri qalxan kimi
istifadə edir.

Publika.az xəbər verir ki, terrorçular TSQ-nin
nəzarətinə keçən 82 yaşayış məntəqəsində 211 nəfəri 7-13 yaş arası
uşaq olmaqla, 417 dinc sakini qətlə yetirib. Bu fakt kəşfiyyat
komandirliyi tərəfindən 25 səhifəlik sənəd halında icimaiyyətə
təqdim edilib.

Kilis sərhədində yerləşən 13 kənddən 35 ailə PKK/YPG üzvlərinin
44 azyaşlını silah gücünə qaçırdığını Türkiyə Kəşfiyyat
Komandirliyinə telefonla xəbər verib. Kəşfiyyatçılar qaçırılan
uşaqların bəzilərini Hələb və Qamışlıda tapıb.

Suriyada terrorçular onlara dəstək olmayan dinc sakinləri
öldürür, əli silah tuta bilən uşaqları isə məcburi şəkildə
müharibənin içinə atır. Terror təşkilatının qaçıraraq müharibənin
mərkəzinə atdığı azyaşlıarın sayı 500-ə çatır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp