Nazarbayevin başlatdığı Qarabağ planı və İRƏVANIN QORXUSU



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 26-da Rusiya Belarusdan süd məhsulunun idxalını
qadağan etdi. Baxmayaraq ki, Rusiyaya süd çatdırılmasının çox
hissəsi məhz Belarusun payına düşür. “Rosselxoznadzor” bu addımı
baytarlıq-sanitar tələblərinin pozulmasının dəfələrlə təkrarlanması
ilə izah edib.

Publika.az xəbər verir ki, Rusiya prezidenti
Vladimir Putinin “Yeni SSRİ-si” adlandırılan Avrasiya İqtisadi
İttifaqı daxilində baş verən bu hadisə Ermənistanda ciddi təlaş
yaradıb.

Ermənistanın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Ovannes
İqityanın sözlərinə görə, bu hadisə, eləcə də, Rusiyanın Belarusa
vaxtaşırı tətbiq etdiyi iqtisadi sanksiyalar sübut edir ki,
Avrasiya İqtisadi İttifaqı heç vaxt təmiz iqtisadi struktur
olmayacaq:

“Bu, siyasi strukturdur. Avropa İttifaqında hər şey aydındır:
ölkələr arasında heç bir gömrük məntəqəsi və gömrük yoxlamaları
yoxdur. Ümumi standartlar mövcuddur və insanlar sakitcə işləyirlər.
Əgər bu standartlara uyğundursa, deməli, hər şey qaydasındadır.
Amma Avrasiya İqtisadi İttifaqı Rusiyanın siyasi hədəfləri üçün
yaradılıb. Rusiya bir tərəfdən iddia edir ki, bu, iqtisadi
ittifaqdır, amma digər tərəfdən yalnız Belarus üçün deyil, həm də
Ermənistan və ittifaqın digər üzvləri üçün müxtəlif siyasi maneələr
yaradır”.

Qeyd edək ki, uzun müddətdir Avropa İttifaqı ilə assosiativ
saziş üzrə danışıqlar aparan İrəvan 2013-cü ilin sentyabrında
gözlənilmədən əks gediş etdi. Prezident Serj Sarkisyan Kremldə
rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonar Avrasiya İqtisadi
İttifaqına üzv olmaq niyyətini açıqladı. Erməni rəhbərliyi bu
addımını “Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı,
Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək
verəcəkdi” fikri ilə əsaslandı. Erməni cəmiyyəti uzun müddət bu
versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da,
Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdi və ölkəsi böyük
miqdarda silah satdı.

Avrasiya İqtisadi İttifaqının üzvü olan Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə
Azərbaycanın yanında yer alması və Azərbaycanın Belarusla dost
münasibətləri, 2016-cı ilin aprelində “dördgünlük müharibədə”
Moskvanın davranışları İrəvanın tezisini puç etdi.

İqityanın sözlərinə görə, ittifaqa daxil olan hər ölkənin öz
hədəfi var. O hesab edir ki, Qırğızıstan Rusiyaya böyük miqdarda
borcun mövcudluğuna görə ittifaqa girib. Ekspert Ermənistanın isə
təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsin əsas gətirərək
ittifaqa daxil olduğunu vurğulayıb.

“Yəni, bu, hansısa situativ təşkilatdır. Vaxt ötdükcə mövcud
olan problemlər artmağa başlayacaqsa və ittifaqın üzvləri heç bir
xeyir götürməyəcəksə, aydındır ki, o dağılacaq və öz mövcudluğunu
dayandıracaq”, – Ovannes İqityan yekunlaşdırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp