Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 6 milyon manat ayrıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi
Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda deyilir
ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa
çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin
6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək tapşırılıb.