Metroda XOŞAGƏLMƏZ HADİSƏ – Sərnişin qatara çatmaq üçün qaçarkən yıxıldı və…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Metronun bənövşəyi xəttinin (“Avtrovağzal” stansiyasına
gedən) “Memar Əcəmi” stansiyasında bir nəfər yıxılaraq xəsarət
alıb.

Publika.az xəbər verir ki, bu barədə “Bakı
Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev
məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı
Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən
qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından
xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi
ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp