Kriptovalyuta bazarı “oynayır” – Bitkoin ucuzlaşır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti
ucuzlaşır.

Martın ilk günü bitkoinin qiyməti 4,37% ucuzlaşaraq 10,465 min
dollar təşkil edib.

Alternativ kriptovalyutalar – “Ethereum” 2,57% və ya 862,14
dollaradək, “Ripple” 4,3% (0,907 dollara qədər), “Bitcoin Cash” isə
3,15% (1,222 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 442,245 milyard
dollar təşkil edir. Bu göstəricinin 40%-ə yaxını bitkoinin payına
düşür. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp