İzmirdə Heydər Əliyevin büstü açıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonundakı Heydər
Əliyev Parkında Ulu Öndərin büstünün açılışı olub.

Publika.az xəbər verir ki, açılış mərasimində
rəsmi şəxslər, millət vəkilləri, yerli ictimaiyyətin tanınmış
nümayəndələri, QHT və KİV təmsilçiləri, o cümlədən Qarabağ
müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri
səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi
ehtiramla yad olunub.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Valeh Hacıyev, millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva,
Karşıyaka rayonun bələdiyyəsinin sədri Hüseyin Mutlu Akpınar,
İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri
Mülazim Pahsa və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda ümummilli lider Heydər Əliyev şəxsiyyətinin
ucalığından, Ulu Öndərin Azərbaycan və Türkiyənin inkişafı naminə
həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyətindən, xalq
arasında tükənməz nüfuzundan danışılıb. Vurğulanıb ki, yüksək şəxsi
keyfiyyətləri ilə el məhəbbəti qazanan Heydər Əliyev təxminən yarım
əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin Azərbaycanın
inkişafına və yüksəlişinə sərf edib. Gördüyü böyük tarixi işlərin
nişanələri əsrlərə yadıgardır.

Qeyd edək ki, Karşıyaka rayonun bələdiyyəsi və İzmirdəki
Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi arasında əldə olunan
razılıq əsasında mövcud Heydər Əliyev Parkı yenidən qurulub və
burada Ulu Öndərimizin büstü qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp