İtaliya kubokunda ilk finalçı məlumdur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İtaliya kubokunda ilk finalçının adına aydınlıq
gəlib.

Publika.az xəbər verir ki, kubokun son qalibi
“Yuventus” yenidən həlledici matça vəsiqə əldə edib.

“Qoca sinyora” yarımfinal mərhələsində “Atalanta” üzərində
qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan
turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da
1 qolla qalib gəliblər. Bununla “Yuve” mayın 9-da Romadakı
“Olimpiya” stadionunda baş tutacaq final görüşündə iştirak hüququ
əldə edib.

İtaliya kuboku. Yarımfinal, cavab oyunu

Yuventus – Atalanta 1:0

Qol: Pyaniç, 75 (pen.)

İlk oyun – 1:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp