İngiltərə niyə dünya çempionu ola bilmir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran
Eriksson qarşıdakı dünya çempionatında sabiq komandasının
şanslarını dəyərləndirib.

Publika.az xəbər verir ki, isveçli mütəxəssis
ingilislərin dünya çempionu ola bilməməsinin səbəbini də
göstərib:

“İngiltərənin DÇ-2018-də çempion olmaq şansı yüksəkdir. Komanda
seçmə mərhələdə özünü yaxşı tərəfdən göstərib. Heyətdə kifayət
qədər gənc və istedadlı futbolçular var ki, Premyer Liqada yaxşı
mövsüm keçirir. Onlara sadəcə bir az bəxt və zədələrdən qaçmaq
lazımdır. Zədə İngiltərə millisinin əsas probleminə çevrilib. Bunu
həmişə demişəm, yenə təkrar edirəm, İngiltərə çempionatında qış
fasiləsi olmasa, onlar heç vaxt dünya çempionu ola
bilməyəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp