İlhamə Quliyevanın oğlu həyat yoldaşından ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa
götürdüyü Orxan Nadirov həyat yoldaşıyla ayrılıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Əli Mirəliyev
“Səhər-səhər” verilişində deyib.

O bildirib ki, Orxanın qaldığı ev də əlindən alınıb:

“İndi küçələrdə qalıb Orxan. Bilinmir haradadır. Arvad da gördü
ki, Orxana heç nə qalmır. Arifə bildi ki, Gülbaharla İradə
İlhamənin mirasını ələ keçirdi ayrıldı. Uşağını da götürüb çıxıb
gedib”.

Qeyd edək ki, Orxan və Arifə cütlüyünün Ruslan adlı oğul övladı
var.

Verilişdən həmin kadrları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp