Həsən Həsənovun oğluna VƏZİFƏ VERİLDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya
İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinə müdir
təyin edilib.

Publika.az xəbər verir ki, Zaur Həsənovdan
əvvəl “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri
AMEA-nın müxbir üzvü İlyas Babayev (1935-2017) olub.

Qeyd edək ki, Z.Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində
doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan
tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Xatırladaq ki, Z.Həsənov Azərbaycanın Polşadakı səfiri Həsən
Həsənovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp