FHN-in Akademiyasında Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN)
Akademiyasında 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə hər olunmuş
tədbir keçirilib.
FHN-dən Publika.az-a bildiriblər ki, tədbiri
giriş sözü ilə açan Akademiyanın rəis müavini, polkovnik Aslan
Hüseynov Mülki Müdafiə Gününün yaranma tarixi, onun məqsəd və
vəzifələri haqqında ətraflı məlumat verib. A.Hüseynov ölkəmizdə
əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən
işlərdən danışıb, Fövqəladə Hallar Nazirliyinin bu sahədəki
rolundan söz açıb.
Tədbirdə FHN-in regional mərkəzlərlə işin təşkili, layihələrin
idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsində sektor
müdiri Cabir Həsənov Azərbaycan Respublikasında Mülki Müdafiə
sisteminin yaranması, vəzifələri və bu sahədə görülmüş işlərdən
danışıb.