Deputatlar arasında kütləvi dava – VİDEO
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ukraynanın Lutsk şəhər şurasının deputatları arasında
kütləvi dava baş verib.
Axar.az xəbər verir ki, torpaqların icarəyə verilməsi ilə bağlı
qəbul edilən qərar qarşıdurmanın yaranmasına səbəb olub.
Belə ki, deputatların bir qismi qərara etiraz edib və iclasın
davam etdirilməsini tələb edib.
Lakin digər tərəf bunun əleyhinə olduğunu bildirdikdən sonra
əlbəyaxa dava başlayıb.