Bu gün 6 yaşımız oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Publika.az-ın 6 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də fəaliyyətə başlayıb. Sayt
xəbər portal olaraq fəaliyyət göstərir. Burada xəbərlərlə yanaşı,
geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu
maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni
informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə saytı və bölməni birləşdirir.

Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Ekopublika.az,
Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman bölmələrinin hər biri
alt qruplardan ibarətdir.

Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu
bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr
toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa
bilər.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər
bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları
məlumatlandırmaqdır.

Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas
hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.

Məhz bunun nəticəsidir ki, Publika.az-ın sözünə etimad göstərən
sadiq oxucu aidutoriyası formalaşıb. 6 ildir bizi tək
qoymadıqlarına görə, oxucularımıza təşəkkür edirik. Etimadınız
qürur yerimizdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp