“Bozbash”ın Şirini hamilə qaldı – “Bir xalanın sirri”dən FOTOREPORTAJ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünən Azərbaycanın premium kinoteatrı “CinemaPlus
Gənclik Mall”da “Bozbash pictures”in komediya janrında çəkdiyi “Bir
xalanın sirri” filminin qalası baş tutub.

Publika.az xəbər verir ki, “Cinemazadeh”
studiyasi ilə “İlk Media”nın istehsalı olan filmin təqdimat
mərasimində baş rol ifaçıları İlkin Həsəni, Ramil Babayev, Elşən
Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Gülzar
Əşrəfova, eləcə də digər tanınmış sənətçilər iştirak edib.

Filminin rejissorluğunu Emil Quliyev edib.

Sevilən teleaparıcı və aktyor İlkin Həsəni film haqqında
təəssüratlarını bizimlə bölüşüb:

“Təbii ki, istənilən filmin çəkiliş prosesində çətinliklərlə
üzləşirik. Hesab edirəm ki, çətinliyi olmayan film hansısa
verilişdir. Üstündə əziyyət çəkmədiyin işi film adlandırmaq olmaz.
“Axırıncı yol”, “Stalinin başı”ında olduğu kimi “Bir xalanın
sirri”ndə də problemlər yaşandı. Bəzən hava şəraiti mane olurdu,
bəzən də obyektlərlə bağlı çətinlik yaranırdı. Bununla belə hər bir
tamaşaçı, obyekt sahibi və ya qurum bizə qucaq açırdı, dəstək
olmağa çalışırdı”.

İlkin Həsəninin sözlərinə görə, kaskadyorun görməli olduğu
təhlükəli hərəkətləri aktyor Ramil Babayev özü öz istəyilə yerinə
yetirib:

“Şöşünün maşının pəncərəsindən çölə tullandığı səhnə ən azı 8-9
dəfə çəkilib. O, hər dəfə əyləci basdıqda fırlanıb asfaltın üstünə
yıxılırdı. Sonra dedik ki, axı insandır, zədə ala bilər. Ona matras
verdik və dedik ki, özünü nə qədər istəyirsən buraya çırp, ürəkdən
çırp. Peşəkar kaskadyorlar filmə baxanda təəccübünü gizlədə
bilmədi, yaxşı alınmışdı”.

Aktyor onu da bildirib ki, qızıl altılığın başına gələn
hadisələrin sirri sonda açılacaq:

“Xala bütün sirri film boyu özündə saxlayır, sonda isə baş verən
müəmmalı hadisələrin üstü açılır. Çıxılmaz vəziyyətlərə adətən
Fəlakət düşürdü, bu dəfə isə ən gözlənilməz və dəhşətli hadisə
Şirinin başına gəlir. Şirinin başına da yox, qarnına gəlir. Özü də
xəbəri olmadan hamilə olur. Bütün bunların necə baş verdiyini filmə
baxanda özünüz görəcəksiniz”.

İ.Həsəni “Bir xalanın sirri” filminin bu gündən etibarən
kinoteatrlarda nümayiş ediləciyini söyləyib: “İnanırıq ki, bu film
“Stalinin başı”ından daha böyük marağa səbəb olacaq. Çünki “Bir
xalanın sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari
baxımdan çox fərqlidir”.

Filmin süjet xəttinə görə, hadisələr “Bozbash Pictures”in 6 əsas
qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şoşu toya
iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə
paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə
mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də
gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi
bir yerdə, bir vəziyyətdə aşkar olunur.

Aytən,

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp