Bakıda top mərmisi aşkarlandı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində
İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102″
Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)
Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında
mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə,
məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu
dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə Bakı
Biznes Mərkəzinin həyətinə baxış keçirilib, aparılan təcili
təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1
ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunub, götürülərək
agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü
baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar
edilməyib.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 28 fevral 2018-ci il
tarixlərində ayrı-ayrı ərazilərə baxış keçirilib, 1070 ədəd
partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq
zərərsizləşdirilib, 25 065 kv.m ərazi yoxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp