“Azercell”-dən abunəçilərinə 100 dəqiqə hədiyyə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ölkənin lider mobil operatoru Azercell Telekom MMC yeni
kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir. Martın
1-dan etibarən Azercell-in Eksklüziv mağazalarında istənilən aylıq
internet paketlərə, tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng,
Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən
telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili
100 dəqiqə danışıq həcmi hədiyyə veriləcək.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr.,
5, Qara Qarayev prospekti, ev 3042, mənzil 52), Xırdalan (Heydər
Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs.,
S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40) və
Qubada (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına
verilib. Ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik
konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu
tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər. Eyni zamanda,
abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif
aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə
əldə etmək imkanı qazanırlar.

Azercell Telekom bayramlar ərəfəsində abunəçilərini bir-birindən
sərfəli kampaniyalarla sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az
ünvanına müraciət edə bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp