Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının
(ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən
qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq
görülüb.

Muzeydən Publika.az-a verilən məlumata görə,
Azərbaycan Xalça Muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə
Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.

Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində
yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir. Bu
Komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq
komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə
YUNESKO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan
beynəlxalq qurumdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp