Azərbaycan vətəndaşlarına “ASAN Viza” vasitəsilə vizalar veriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri
tərəfindən viza verilməsi üçün “ASAN Viza” – 2 konsepsiyası
hazırlanıb”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov
deyib.

“Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot
layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi
qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları
daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər.
Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman
müəyyən olunacaq”, – deyə Dövlət Agentliyinin sədri bildirib.

Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
“ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı
olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət
edə bilərlər.

“ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi
prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması
haqqında” Fərmanı ilə yaradılıb. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp