Ağsuçay sakinlər üçün təhlükəyə çevrilib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində
sahilboyu bəndləri istifadə müddətini başa vurub. Bu da çayın
sahilindəki evlər üçün təhlükə yaradırdı.

Bu barədə Publika.aza Ağsu rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov məlumat
verib.

Onun sözlərinə görə, bəndlər sonuncu dəfə 5-6 il əvvəl çəkilib:
“Çayın 3 km-i bizim rayon ərazisinə düşür, çayın bəzi hissələrində
bəndlər sıradan çıxmışdı. Bir sıra yerlərdə evlər çaya 30 metr
məsafədədir. Əgər daşqın olsa, çay asanlıqla bəndləri uçura bilər.
Düzdür, son 7-8 ildə belə daşqın olmayıb. Amma təhlükənin qarşısını
əvvəldən almaq üçün tədbirlər görürük”.

R.Novruzov bildirib ki, artıq “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyəti əməkdaşları ərazidə olub. Yaxın günlərdə
bəndləmə işlərinə başlanılacaq.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp